Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilir AZƏRTAC

14.01.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 14 yanvar, AZƏRTAC

Yanvarın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə MSK-nın yanvarın 8-də keçirilən iclasının protokolunun təsdiq edilməsi, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələləri daxildir.

İclasda, həmçinin bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə baxılır və cari məsələlər müzakirə edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью