Mərkəzi Xəstəxananın direktoru işdən çıxarıldı

09.12.2024

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qazax Mərkəzi Rayon Xəstəxanasının direktoru işdən çıxarılıb.

Qaynarinfo-nun  məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Belə ki, Qazax Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Sevda Məmmədova yaş həddi səbəbdən tutduğu vəzifədən azad edilib.

O, 2019-cu ildən həmin vəzifədə çalışıb. Hələ ki, həmin vəzifəyə yeni təyinat yoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью