Merlə bağlı araşdırma aparılacaq | Icma.az
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
London meri Sadiq Xan məşhur amerikalı müğənni Teylor Sviftin konsertinə pulsuz bilet qəbul etdiyinə görə araşdırılacaq.
Modern.az xəbər verir ki, araşdırmanın aparılmasını London Assambleyasının Mühafizəkarlar Partiyasından olan üzvləri tələb ediblər.
Məlumatda qeyd edilir ki, Sadiq Xanın qəbul etdiyi biletlərin bəyanatı rəsmi “City Hall” reyestrində düzgün və vaxtında təqdim edilməyib.
Merin mətbuat xidmətinin nümayəndəsi bildirib ki, hədiyyə şəffaf şəkildə bəyan edilmiş, lakin inzibati səhv nəticəsində qeydlərdə gecikmə baş vermişdir.
Bu hal daha sonra düzəldilib. Xatırladaq ki, Sadiq Xan ötən il avqustun 15-də Teylor Svifti Londondakı Uembli stadionunun xüsusi lojasından
Onunla birlikdə lojada “City Hall”un beş əməkdaşı, o cümlədən iki yüksəkvəzifəli şəxs də olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu