Icma.az bildirir, Apa.az portalına istinadən.
Mərmərə dənizinin Silivri sahillərində 10 ekipaj üzvü ilə bərabər batan gəminin yeri müəyyənləşdirilib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Gəminin yerini ilk gündən qəza bölgəsində fəaliyyət göstərən TCG Akın xilasetmə və yedək gəmisi müəyyən edib.
Gəminin qalıqlarının olduğu ərazi müəyyənləşdirildikdən sonra dənizin dibində daha ətraflı araşdırmaların aparılması, gəminin vəziyyətinin görüntülənməsi və itkin heyət üzvlərinin nəşinin tapılması istiqamətində işlərin intensivləşdirilməsi gözlənilir.