Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İstanbul, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 2-də Mərmərə dənizinin İstanbulun Silivri rayonunun sahillərinə yaxın ərazisində batan “Tuğberk İmamoğlu” gəmisinin kapitanının cəsədi tapılıb.
AZƏRTAC xəbər verir ki, dünən yerli vaxtla saat 13:15-də Silivri sahillərində suda meyit aşkarlanıb. Meyit aidiyyəti qruplar tərəfindən Silivri limanına gətirilib. Aparılan tibb ekspertiza nəticəsində cəsədin “Tuğberk İmamoğlu” gəmisinin kapitanı Yaşar Kayhana aid olduğu müəyyən edilib.
Xatırladaq ki, sentyabrın 2-də Mərmərə dənizinin İstanbulun Silivri rayonu sahillərinə yaxın ərazisində “Alsu” və “Tuğberk İmamoğlu” adlı 2 yük gəmisi toqquşub. Hadisə nəticəsində “Tuğberk İmamoğlu” gəmisi batıb.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul