Mərmərə dənizində də suyun çəkilməsi baş verib

17.12.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Türkiyədə Mərmərə dənizinin suları qəfildən sahildən 20 metr geri çəkilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Habertürk" televiziya kanalı məlumat verib. 

Sular çəkildin bir çox balıqçı qayığı sahilə çıxıb. Lakin telekanalın xəbər verdiyi kimi, Kandilli Rəsədxanasının alimləri sakitliyə çağırır. Mütəxəssislər izah edirlər ki, bu hadisələr meteoroloji xarakter daşıyır və atmosfer təzyiqindəki dəyişikliklərdən qaynaqlanır.

Ekspertlər, İstanbul bölgəsində gələcəkdə güclü zəlzələnin baş verə biləcəyi ilə bağlı proqnozlara baxmayaraq, hadisənin seysmik aktivliklə əlaqəli olmadığına inanırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью