Mərmərə dənizində konteyner gəmisi tankerlə toqquşub

08.03.2025

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin İstanbul şəhərinin Beylikdüzü rayonunun sahillərində “Orita” konteyner gəmisi “Mia” tankerinə çırpılıb. SİA xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Bildirilib ki, toqquşma zamanı 270 metrlik “Mia” gəmisinin ballast tankı zədələnib. Nəticədə çirklənmiş su Mərmərə dənizinə axıb.

Ancaq buna baxmayaraq, dənizə neft sızıntısının qarşısı alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью