Mərmərə dənizində zəlzələ baş verdi

14.11.2026

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Mərmərə dənizində 3,9 bal gücündə zəlzələ qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Haber Global" Fövqəladə Halların İdarə Olunması İdarəsinə (AFAD) istinadən məlumat yayıb.

Zəlzələnin episentrinin Bursanın Mudanya rayonu sahillərindəki Gemlik körfəzində olduğu və yeraltı təkanların ətraf rayonlarda da hiss edildiyi bildirilib.

Mudanyadan 6,42 kilometr uzaqlıqda baş verən zəlzələnin ocağı 13,65 kilometr dərinlikdə olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью