Mərmərədə yenidən zəlzələ olub

24.04.2025

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) paylaşdığı məlumatlara görə, yerli vaxtla saat 04:20-də Mərmərəereğlisi bölgəsində 3,9 bal gücündə zəlzələ baş verib.

Xalqcəbhəsi.az “Haber Global” istinadla qeyd edir ki, məlumatda təkanın 7 kilometr dərinlikdə, Tekirdağ Mərmərəereğlisi sahilindən 21,77 kilometr aralıda baş verdiyi bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью