Mers: Almaniya hələlik Fələstini tanımağa hazır deyil

26.08.2025

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almaniya, bəzi tərəfdaşlarının mövqeyinə baxmayaraq, Fələstin dövlətini tanımaq niyyətində deyil.

Bizimyol.info xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Mers Kanadanın baş naziri Mark Karni ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Fələstinin tanınması təşəbbüsünə qoşulmayacağıq. Biz hesab edirik ki, dövlət kimi tanınması üçün lazım olan şərtlər heç bir halda yerinə yetirilməyib", – deyə kansler vurğulayıb. "Son zamanlarda baş verən hadisələr də bu məsələdə mövqeyimizi dəyişməyib", – deyə o əlavə edib. Mers onu da qeyd edib ki, Almaniya BMT Baş Assambleyasının sessiyasında da Fələstini tanımaq niyyətində deyil.

Fələstinin tanınması üzrə beynəlxalq kampaniya, İsrailin Qəzza zolağında iki ilə yaxındır davam edən hərbi əməliyyatları və bölgədəki humanitar vəziyyətin pisləşməsi fonunda başlayıb.

29 iyulda Böyük Britaniyanın baş naziri Kir Starmerin ofisi bəyanat yayaraq bildirib ki, əgər İsrail Qəzzaya humanitar yardımların çatdırılmasına mane olmağa və hərbi əməliyyatları dayandırmamağa davam edərsə, London sentyabrda keçiriləcək BMT Baş Assambleyasından əvvəl Fələstin dövlətini tanıyacaq.

24 iyulda isə Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Paris BMT Baş Assambleyasının sessiyasında Fələstin Dövlətini tanıyacaq.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью