Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniya kantsleri Fridrix Mers öz övladlarını ABŞ-da işləmək və ya təhsil almaq fikrindən daşındıracağını bəyan edib.
Redaktor.az bu haqda "The Guardian" nəşrinə istinadla məlumat verir.
"Mən bu gün övladlarıma ABŞ-a getməyi, orada təhsil almağı və ya işləməyi məsləhət görməzdim, çünki orada qəfildən müəyyən bir sosial iqlim formalaşıb", — deyə Mers vurğulayıb.
Siyasətçi özünü Birləşmiş Ştatların böyük pərəstişkarı adlandırıb. Bununla belə, o qeyd edib ki, hazırda qütbləşmiş ölkədə sosial mühit sürətlə dəyişməkdədir.
Xədicə BAXIŞLI