Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şərur rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
BAKU.WS apa-ya istinadən xəbər verir ki, rayonun Püsyan kəndi ərazisində baş verən hadisə zamanı 68-BL-204 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobil "TIR"la toqquşub.
Qəza zamanı minik avtomobilinin sürücüsü, 1994-cü il təvəllüdlü Ümid Xəlilov hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.