“Mersedes” VAZ la toqquşdu: ölən var

02.10.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Beyləqanda ölümlə nəticələnən yol qəzası olub.

Axar.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 130-cu kilometrliyində qeydə alınıb.

Manaf Yaqub oğlu Qurbanovun idarə etdiyi VAZ-2107 markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan Aqşin Vilayət oğlu Abdullayevin idarə etdiyi “Mersedes E Klass” markalı avtomobil toqquşub.

Nəticədə M.Qurbanov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью