Mersin reytinqi 13 faiz bəndi artdı Bild

07.06.2025

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Almaniya Federativ Respublikasının (AFR) kansleri Fridrix Mersin (Xristian-Demokrat İttifaqı – XDI) populyarlıq reytinqi vəzifəyə başladığı 6 may tarixindən bir ay sonra 13 faiz artaraq 36%-ə çatıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bild" qəzetinin sifarişi ilə INSA sosioloji institutu tərəfindən keçirilmiş sorğunun nəticələrində bildirilib.

Məlumata görə, hazırda respondentlərin 36%-i Almaniya kansleri Fridrix Mersin fəaliyyətindən razıdır. Onun fəaliyyətindən narazı olanların sayı isə 45%-dir. Ümumilikdə Almaniya hökumətinin işindən razı qalanlar 37% təşkil edir (bu da əvvəlki ayla müqayisədə 8 faiz artım deməkdir). Lakin nazirlər kabinetindən narazı olanlar da 45% səviyyəsindədir.

Almaniyada siyasi partiyaların populyarlıq reytinqində Xristian-Demokrat və Xristian-Sosial İttifaq blokları (XDI/XSI) 27%-lə (artım 1 faiz) birinci yerdə qərarlaşıb. İkinci yerdə gələn Almaniya üçün Alternativ (AfD) partiyası 23% səviyyəsində dəstəklə (azalma 1 faiz) geri qalır. Bu, mart ayından bəri partiyalar arasında müşahidə olunan ən böyük fərqdir – 4 faiz.

Almaniya Sosial-Demokrat Partiyası (SDP) də 1 faiz itirərək hazırda 16% dəstəyə sahibdir. Sonrakı yerləri "Yaşıllar" partiyası 11%-lə (artım 1 faiz), Sol partiya 10%-lə (azalma 1 faiz), “Zəka və ədalət naminə Sara Vaqenknext İttifaqı” 4%-lə (dəyişiklik yoxdur) və Azad Demokrat Partiyası 4%-lə (dəyişiklik yoxdur) tutur.

INSA-nın rəhbəri Herman Binkert sorğu nəticələrini belə şərh edib: “Almanların əksəriyyəti Mersin miqrasiya siyasətini dəstəkləyir. O, daxili işlər naziri Aleksander Dobrindti (XSI) dəstəkləyir və XDI/XSI vahid cəbhə kimi çıxış edir. Donald Trampa etdiyi səfər də uğurlu alınıb. Mers kansler kimi nüfuz qazanır. Məhz bu səbəbdən XDI/XSI sorğularda irəliləyir”.

Sorğu 5–6 iyun tarixlərində keçirilib və ümumilikdə 1 002 nəfər iştirak edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью