Mersində qanlı gecə: Bir ay əvvəl toyu olan qadın öldü, əri yaralandı VİDEO

13.11.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Türkiyənin Mersin şəhərinin Erdemli rayonunda dəhşətli hadisə baş verib. Psixoloji problemləri olduğu iddia edilən Mehmet Fatih Güneş adlı şəxs tüfənglə səkidə dayananlara ard-arda atəş açmağa başlayıb.

Bu barədə Oxu.Az "Hürriyet" nəşrinə istinadən məlumat verir.

Nəticədə Suriya vətəndaşı olan Anna Barakat (41) adlı qadın həlak olub, dörd nəfər - Hasan Sevindik, Gülsüm Gizem Samırkaş (38) və əri Mustafa Can Samırkaş (42) və Reşat Köroğlu (36) yaralanıblar.

Şübhəli daha sonra eyni silahla öz başına atəş açaraq intihara cəhd edib. Şübhəli də daxil olmaqla, beş yaralı xəstəxanaya yerləşdirilib. Barakatın meyiti isə məhkəmə-tibbi ekspertizasına aparılıb. Məlum olub ki, Anna Barakat və Hasan Sevindik bir ay əvvəl ailə qurublar, rəsmi nikah üçün isə Miqrasiya İdarəsindəki proses davam edib.

Hadisəni törədən Mehmet Fatih Güneşin vəziyyəti ağır olaraq qalır.

Hadisə ilə bağlı istintaq davam edir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью