Mersisayd derbisi təxirə salındı

07.12.2024

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün 15-ci turunun “Everton” – “Liverpul” görüşü təxirə salınıb.

QOL.az xəbər verir ki, bu barədə "Everton"un mətbuat xidməti məlumat yayıb.

Görüşün təxirə salınmasına səbəb isə Liverpul şəhərində əlverişsiz hava şəraitinin - qasırğanın olmasıdır. Matçın nə vaxt oynanılacağı haqda hələlik məlumat verilməyib.

Qeyd edək ki, sözügedən qarşılaşma bu gün Bakı vaxtı ilə saat 16:30-da başlamalı idi. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью