Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
İngiltərə premyer-liqasının 30-cu turu daha çox Mersisayd derbisi ilə yadda qalıb.
"Football-plus.az" xəbər verir ki, “Liverpul” evdə “Everton”a 1:0 hesabıyla qalib gəlib.
Dioqo Yotanın vurduğu yeganə qol “Liverpul”un derbidə 100-cü qələbəsini təmin edib. Əzəli rəqiblər arasında indiyə qədər 246 matç keçirilib. “Everton” derbidə 68 qələbə qazanıb, 78 matç isə heç-heçə nəticələnib.
“Liverpul” hazırda premyer-liqada 73 xalla 1-ci, “Everton” isə 34 xalla 15-ci yeri tutur.