futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Liverpul” qış transfer pəncərəsində “Bornmut”un yarımmüdafiəçisi Aleks Skottu heyətinə qatmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə TEAMtalk portalı məlumat yayıb.
Klubu ilə yeni müqavilə imzalamayan 23 yaşlı futbolçunun keçidində “gilaslar”ın heyətində birgə çalışdığı Andoni İraola mühüm rol oynaya bilər. “Bornmut” yanvarda yarımmüdafiəçini 100 milyon funt-sterlinqə satmağa hazırdır. Transfer uğrunda mübarizədə Mersisayd təmsilçisinin əsas rəqibi isə “Çelsi”dir.
Skott cari mövsümdə keçirdiyi 6 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə diqqət çəkib.