Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Futbol eksperti Pol Merson “Çelsi”nin baş məşqçisi Xabi Alonsonun “Sanderlend”lə səfər oyununda Estevaonu start heyətinə daxil etməməsini yanlış qərar adlandırıb.
İdman.Biz "Sky Sports"a istinadən xəbər verir ki, ekspert köşə yazısında futbolçunun “Mançester Yunayted”lə əvvəlki qarşılaşmada göstərdiyi oyunu xatırladıb:
“Bilirsiniz, məni nə narahat etdi? Estevao ötən həftə “Mançester Yunayted”lə görüşdə “Çelsi”nin digərlərindən qat-qat yaxşı oynayan futbolçusu idi. Xüsusilə də komandanın çox zəif çıxış etdiyi ilk hissədə. Onlar fasiləyə iki top fərqi ilə məğlub yollanmalı idilər.
Amma birdən “Sanderlend”lə səfər matçına çıxırlar və o, oynamır. Onun yoxluğu hiss olunurdu. Estevao topu irəli daşıya bilən oyunçudur”.
Mersonun fikrincə, Alonso əvvəlki görüşdəki heyəti qoruyaraq Estevaonun bacarığından istifadə etməli idi:
“Alonso Estevaonu oynatmalı, “Mançester Yunayted”ə qarşı meydana çıxan heyətə üstünlük verməli və onun topla irəliləməsinə şərait yaratmalı idi. Əvəzində daha qapalı oynamağa çalışdı, qələbə qazanmaqdan çox məğlub olmamağa üstünlük verdi”.
Qeyd edək ki, Alonso mövsümün əvvəlində Estevaonun fiziki gücü ilə bağlı narahatlığını ifadə etmişdi. “Çelsi” isə “Sanderlend”lə səfər qarşılaşmasında 0:1 hesabı ilə məğlub olub.