Mert Afrdan sonra bu müğənni ilə sevgilidir

27.01.2026

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Məşhur aktyor Mert Yazıcıoğlu uzun müddətdən sonra şəxsi həyatı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, maqazin dünyasında adı tez-tez hallanan Mert Yazıcıoğlunun adı Afra Saraçoğlundan sonra musiqiçi M Lisa ilə çəkilir.

İddiaları gücləndirən əsas detal isə sosial şəbəkədən mediadan gəlib.

Belə ki, M Lisanın instaqram hesabında paylaşdığı bir foto izləyicilərin gözündən qaçmayıb. O şəkili Mert Yazıcıoğlunun evində çəkdirib. Sözügedən paylaşım qısa zamanda sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Xatırladaq ki, Mert Yazıcıoğlu və M Lisa daha əvvəl də eşq xəbərləri ilə gündəmə gəlmişdi. Bir müddət gizli münasibət yaşadıqları iddia olunsa da, M Lisa o dövrdə bu xəbərləri qəti şəkildə təkzib etmiş, Yazıcıoğlu isə mövzu ilə bağlı açıqlama verməmişdi.

Aktyorun adı Afra Saraçoğlu ilə ayrıldıqdan sonra bir müddət Dilan Çiçek Deniz ilə də anılıb. Lakin bu iddialar da öz təsdiqini tapmamışdı və Yazıcıoğlu şəxsi həyatında heç kimin olmadığını bildirmişdi.

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью