Mert Çelik oynadı, “Sivasspor” qalib gəldi | Icma.az
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mert Çelik oynadı, “Sivasspor” qalib gəldi Türkiyə birinci liqasında 21-ci tura yekun vurulub.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Mert Çelikin də formasını geyindiyi “Sivasspor” səfərdə “Bodrumspor”un qonağı olub.
Matça ehtiyat oyunçular skamyasından başlayan Çelik artıq 10-cu dəqiqədə meydana daxil olub və sonadək oynayıb.
25 yaşlı müdafiəçi 23-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Matç “Sivasspor”un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qələbə sayəsində xallarının sayını 28-ə çatdıran Sivas təmsilçisi 12-ci pillədə qərarlaşıb. “Bodrumspor” isə 33 xalla altıncıdır.
Qeyd edək ki, ötən ilin noyabrında Türkiyə Futbol Federasiyasının (TFF) apardığı mərc araşdırması çərçivəsində futboldan 45 gün müddətinə uzaqlaşdırılan M.Çelikin qayıdışı ötən tur “Ərzurumspor”a qarşı oyunda baş tutub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu