Mert Demir konserti yarıda saxlayıb, bığını kəsdirdi

20.08.2026

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Məşhur müğənni Mert Demir ötən günkü konsertində addımı ilə marağa səbəb olub.

BAKU.WS xəbər verir ki, Harbiye Cemil Topuzlu Açıq Hava Teatrında sevənləri qarşısına çıxan ifaçı müxtəlif mahnılar səsləndirib.

Sənətçi birdən-birə şəxsi bərbərini səhnəyə dəvət edib. Daha sonra konserti yarıda kəsib və bər-bərinə bığını kəsdirib.

Həmin anlar səhnənin böyük ekranlarında nümayiş olunarkən, tamaşaçılar bu anları təəccüblə izləyiblər.

Bığını kəsdirdikdən sonra proqramın ikinci hissəsinə yeni imicdə çıxan müğənni pərəstişkarları tərəfindən alqışlarla qarşılanıb.

Əyləncəli anlarla yadda qalan gecədə musiqi dünyasının ustad ismi Kibariye də səhnə alıb.

Konserti başında "Mert Demir" yazılmış bandana ilə izləyən Serenay Sarıkaya isə gecənin sonunda sevgilisi Mert Demir və Merve Dizdar-Cihan Ayger cütlüyü ilə birgə foto çəkdirib.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью