Mert Hakan Yandaş bədəninə etdirdiyi döymə səbəbindən xəstəxanaya yerləşdirilib

03.05.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Fənərbağça" klubunun futbolçusu Mert Hakan Yandaşın ayağına vurduğu döymə səbəbindən uzun müddətdir xəstəxanada müalicə aldığı bəlli olub.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, döymə etdirən futbolçunun bədəninə infeksiya yoluxduğu üçün təcili xəstəxanaya yerləşdirilib.

Həkimlər Mert Hakanın vəziyyətinin ciddi olmadığını, lakin nəzarətdə qalmalı olduğunu bildiriblər.

Qeyd edək ki, Mert Hakan Yandaş bu mövsüm "Fənərbağça"nın heyətində 27 matçda meydana çıxıb, bir qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью