Mert Hakan Yandaşın cəzası azaldıldı

01.08.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Futbol Federasiyasının (TFF) Tahkim Kurulu "Fənərbaxça"nın futbolçusu Mert Hakan Yandaşla bağlı qərarını açıqlayıb.

Apasport.az xəbər verir ki, qurum yarımmüdafiəçiyə qanunsuz mərc fəaliyyəti ilə əlaqədar verilən 12 aylıq diskvalifikasiyanı 6 aya endirib.

Beləliklə, 31 yaşlı futbolçu cəzasının yarısını çəkəcək. 

Qeyd edək ki, Mert Hakan Yandaş qanunsuz mərc fəaliyyəti ilə bağlı başladılan intizam araşdırmasının ardından 12 aylıq cəzaya məhkum edilmişdi.

Tahkim Kurulu apellyasiya müraciətini qismən təmin edərək sanksiyanı 6 aya endirib.

Belçikalı vinger PSJ-yə doğru Mourinyodan maraqlı addım: Vinisiusla danışmadı "Barselona" "Birmingem"ə məğlub olub "Yunion" Belçika Superkubokunu qazandı - Tarixində ikinci zəfər FIFA 20 milyard dollarlıq layihədən imtina etdi - RƏSMİ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью