Mertens İtaliyaya qayıtmaq istəyir

21.05.2025

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin “Qalatasaray” komandası 2024-2025-ci illər mövsümünün sonunda futbolçusu Dris Mertenslə yollarını ayıracaq.

Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, növbəti mövsüm üçün heyətdə düşünülməyən hücumçu İstanbul nəhəngi ilə vidalaşacaq.

Belçikalı oyunçu “cim-bom”un heyətində Türkiyə çempionu (3), ölkə kuboku (1) və Superkubokun (1) qalibi olub.

İddiaya görə, 38 yaşlı forvard karyerasının son 1 ilini İtaliyada keçirmək istəyir.

Qeyd edək ki, Dris Mertens 2022-ci ildən “Qalatasaray”da çıxış edir.

Ronaldo Portuqaliya millisinə çağırılıb "Yuventus" "Milan"ın ulduzunu transfer edə bilər “Barsa” Braziliya millisinin üzvü ilə müqavilə yeniləyəcək Super Liqanı A Seriyasına dəyişə bilər İtaliyalı baş məşqçi “Əl-Hilal”ın təklifini rədd etdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью