Merts: Avropa ABŞ la münasibətləri qurarkən yalançı nostaljidən çəkinməlidir

09.09.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniya kansleri Fridrix Merts hesab edir ki, vahid Avropa ABŞ-la münasibətləri qurarkən yalançı nostaljidən çəkinməli və öz maraqlarını dəqiq müəyyənləşdirməlidir.

APA xəbər verir ki, o, bunu Almaniya Xarici İşlər Nazirliyində keçirilən səfirlərlə görüşündə bildirib.

“ABŞ-a münasibətdə mövqeyimiz avropalılar olaraq bizim gücümüzdən asılı olacaq”, – deyə kansler vurğulayıb.
Merts həmçinin Avropanı dünyada yeni tərəfdaşlar axtarmağa və mövcud tərəfdaşlıq əlaqələrini möhkəmləndirməyə çağırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью