Merts: Avropa İttifaqı ABŞ la ticarət mübahisəsinin həlli üçün 1 avqusta qədər olan vaxtdan istifadə etməlidir

13.07.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Almaniyanın kansleri Fridrix Merts bəyan edib ki, Avropa İttifaqı ilə ABŞ arasında yaranmış ticarət mübahisəsinin həlli üçün 1 avqusta qədər qalan vaxt səmərəli şəkildə dəyərləndirilməlidir.

APA xəbər verir ki, Merts bu barədə "ARD" telekanalına müsahibəsində danışıb.
Kansler qeyd edib ki, əgər vəziyyət dəyişməzsə, ABŞ-a qarşı genişmiqyaslı cavab tariflərinin tətbiqini dəstəkləyir.

“Bu məsələni həftəsonu Makron və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə, cümə günü isə ABŞ Prezidenti ilə müzakirə etdim. İndi bizim 1 avqusta qədər iki həftədən bir qədər çox vaxtımız var və bu müddəti razılaşmaya nail olmaq üçün istifadə etmək istəyirik”, – deyə Merts bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью