Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniya kansleri Fridrix Merts dekabr ayında Mayamidə keçiriləcək G20 sammitində iştirak edəcəyi təqdirdə Rusiya Prezidenti Vladimir Putinlə söhbətdən yayınmayacağını bildirib. Lakin Rusiya prezidentinin bu görüşdə iştirak edib-etməyəcəyi hələ məlum deyil.
Bizim.Media xəbər verir ki, Merts bu barədə Almaniyanın Hagen şəhərində vətəndaşlarla keçirilən açıq dialoq zamanı danışıb. Onun sözlərini “Westfalenpost” nəşri yayıb.
Jurnalist siyasətçidən dekabr ayında Putinlə görüşməsinin mümkün olub-olmadığını soruşub. Kansler belə bir dialoqa hazır olduğunu bildirib.
“Ev sahibi əlavə dövlət və hökumət başçılarını dəvət etmək hüququna həmişə malikdir. Hazırda bildiyimizə görə, Tramp Putini dəvət edib. Əgər o, orada olacaqsa, onunla söhbət etmək imkanından yayınmayacağam”, – deyə Merts bildirib.
Bununla yanaşı, Merts Rusiya prezidentinin hələlik sammitdə iştirakını təsdiqləmədiyini vurğulayıb.
Bizim.Media