Merts İran rəhbərliyini danışıqlara çağırdı

05.02.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Almaniya Kansleri Fridrix Merts İran rəhbərliyini ABŞ nümayəndələri ilə planlaşdırılan məsləhətləşmələr ərəfəsində real danışıqlara başlamağa çağırıb.

"Ölkə.az" xəbər verir ki, Merts bu barədə Dohada üçgünlük səfəri zamanı jurnalistlərə bildirib.

O qeyd edib ki, İran nüvə proqramını dayandırmalı və İsrailə, eləcə də regionun digər ölkələrinə qarşı hərbi təhdidlərdən çəkinməlidir. Kansler danışıqların yaxın saatlarda aktivləşəcəyini vurğulayıb və Almaniyanın ABŞ ilə fəaliyyətini sıx şəkildə koordinasiya etdiyini qeyd edib.

Qeyd edək ki, ABŞ və İran fevralın 6-da Omanda İranın nüvə proqramı ilə bağlı danışıqlar aparmağı planlaşdırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью