Merts Leypsiqdəki dron insidenti ilə bağlı tezliklə cavab veriləcəyini vəd edib

31.08.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaniya kansleri Fridrix Merts Berlinin Leypsiq/Halle hava limanında baş vermiş pilotsuz uçuş aparatı insidentinə cavab hazırladığını bildirib. O, hadisəyə görə hakimiyyətin kimin məsuliyyət daşıdığını düşündüyünü açıqlamayıb.

“Almaniya hökumətində buna necə reaksiya verməli olduğumuzla bağlı geniş konsensus mövcuddur. Yaxın günlərdə bunu dəqiqləşdirəcəyik. Bu, çox tezliklə baş verəcək”, - Merts ARD telekanalına müsahibəsində deyib.

Avqustun əvvəlində Leypsiq/Halle hava limanında partlayıcı maddə ilə təchiz edilmiş dron aşkarlanıb. KİV-in məlumatına görə, pilotsuz aparat sursat daşıyan Ukraynaya məxsus yük təyyarəsinin yaxınlığında olub. Daha sonra hava limanının yaxınlığında daha bir PUA tapılıb.

Rusiyanın Almaniyadakı səfirliyi hadisəni təxribat adlandırıb.

Politico nəşrinin məlumatına görə, Almaniya insidentə cavab olaraq Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

S.ELAY

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью