Merts onu tənqid edənləri deyingən adlandırdı

05.07.2026

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az xəbər verir ki, kansler bu fikirləri Düsseldorfda keçirilən Xristian-Demokrat İttifaqının (XDI) yerli təşkilatının qurultayında səsləndirib.

"Kultural pessimistlər, fəlakət carçıları, deyingənlər, şikayətçilər, qəzəbli peşəkar tənqidçilər - kənara! Biz ümid və nikbinliklə işə başlayırıq və ölkəmizi yenidən layiq olduğu səviyyəyə yüksəldəcəyik", - deyə Merts bildirib.

Kansler Almaniyanın gələcəyinə nikbin baxdığını bir daha vurğulayıb.

"Ən yaxşı illər arxamızda qalmayıb. Hər şeyi düzgün etsək, ən yaxşı illər hələ qarşıdadır", - deyə o qeyd edib.

Xatırladaq ki, Almaniya hökuməti bu həftə sosial və vergi sahələrini əhatə edən genişmiqyaslı islahat paketini təqdim edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью