Merts: Qətər Almaniyaya əlavə 15 milyard avro investisiya yönəldəcək

20.11.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Qətər müdafiə və texnologiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi çərçivəsində Almaniyaya əlavə olaraq 15 milyard avro investisiya yatıracağına söz verib.

Bu barədə Almaniya kansleri Fridrix Merts Berlində Qətər əmiri şeyx Təmim bin Həməd Əl Tani ilə mətbuat konfransında bildirib.

O, Qətərin Almaniya ilə iqtisadi qarşılıqlı əlaqələrinin genişlənməsini alqışlayıb, həmçinin təhlükəsizlik məsələlərində daha sıx əməkdaşlığa dəstəyini ifadə edib.

"Almaniya iqtisadiyyatına investisiyaların daha 15 milyard avro artırılması barədə bəyanatına görə Qətərə minnətdarlığımı bildirirəm. Bu, süni intellekt, yarımkeçiricilər və aviasiya kimi texnoloji sahələrdə hər iki tərəfin mövqelərini gücləndirəcək", - Merts deyib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью