Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampı Rusiya lideri Vladimir Putinlə gözlənilən görüşdə gözlənilməz qərarlar qəbul etməməyə çağırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Merts “Reuters”ə açıqlamasında bildirib.
“ABŞ-yə mesajımızı çox aydın ifadə etmək istəyirəm: Xahiş edirik, heç bir sürpriz olmasın. “Avropa komandası” və “Ukrayna komandası” ilə birlikdə hərəkət etməyə davam edin. Bir sıra Avropa liderləri Tramp-Putin görüşünün “ikinci Ankoric”ə çevrilməsindən ehtiyat edirlər”, – deyə kansler vurğulayıb.
Qeyd edək ki, Tramp və Putinin noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşməsi mümkündür. Görüşdə Çin lideri Si Cinpinin də iştirakı ehtimal olunur. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov noyabrın 12-də bildirib ki, liderlər sammit çərçivəsində Ukrayna münaqişəsinin nizamlanması məsələsini müzakirə etməyi planlaşdırırlar.