Merts: Ukrayna ilə bağlı əlavə kompromislər yolverilməzdir

14.05.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Almaniya kansleri Fridrix Merts Ukrayna Prezidenti Volodimir Zelenskinin İstanbulda danışıqlara razılıq verməsini düzgün addım kimi qiymətləndirib, lakin əlavə kompromislərin qəbuledilməz olduğunu bildirib.

APA "Zeit Online" portalına istinadən xəbər verir ki, O, bu fikirləri Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

Mertsin sözlərinə görə, Zelenskinin Türkiyəyə səfəri niyyətlərinin ciddiliyini göstərir, lakin bundan sonrakı kompromis və güzəştlər qəbuledilməzdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью