Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 17 oktyabr, AZƏRTAC
Almaniya Kansleri Fridrix Merts Ukraynadakı münaqişənin həlli yollarını ABŞ Prezidenti Donald Trampla dekabr ayından gec olmayaraq şəxsən müzakirə etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, Merts bu barədə Brüsseldə keçirilən Avropa İttifaqı sammitindən sonra mətbuat konfransında bildirib.
“Ən geci dekabr ayına qədər ABŞ Prezidenti ilə bu barədə şəxsən danışmaq imkanım olacaq”, – deyə kansler qeyd edib.
O, Trampla müntəzəm olaraq telefonla danışdığını da vurğulayıb.
Qeyd edək ki, Tramp daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskini sülh yolu ilə həll axtarmamaqda ittiham edib və münaqişənin onun iştirakı olmadan həll edilə biləcəyini bildirib.