Merts Ukraynanın NATO ya üzv olmamasını tarixi səhv adlandırdı

26.11.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniya kansleri Fridrix Merts NATO-nun 2008-ci ildə keçirilən Buxarest sammitində Ukraynanın alyansa qəbul edilməməsini səhv qərar hesab edib.
Bizim.Media xəbər verir ki, Merts Berlində NATO-nun baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında sammitdə qəbul edilən qərarlardan danışıb.
“Bu gün geriyə baxanda hamımız bunun nə qədər yanlış hesab olduğunu görürük: 2008-ci ildə Buxarest sammitində Ukraynanın NATO-ya qəbul edilməsi ilə bağlı ABŞ-ın təklifini dəstəkləməmək. Ukrayna NATO-nun üzvü olsaydı, yəqin ki, bu müharibənin qarşısı alına bilərdi”, – deyə kansler bildirib.
Bizim.Media 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью