Merts və Tramp bu gün Ukraynadakı münaqişəni müzakirə edəcək

13.10.2025

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Almaniya Kansleri Fridrix Merts Şarm əş-Şeyxdə ABŞ Prezidenti Donald Trampla Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün birgə səyləri müzakirə etmək niyyətində olduğunu açıqlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"ABŞ Prezidenti Donald Trampla həm də Ukraynada müharibənin dayandırılmasına kömək etmək üçün birgə səylərimiz barədə danışacağam. Bugünkü gün sübut edir ki, beynəlxalq ictimaiyyət yekdil hərəkət etdikdə sülh mümkündür", - Merts vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью