Mertsdən Ukraynanın Aİ yə üzvlüyü ilə bağlı yeni açıqlama

11.06.2026

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Almaniya kansleri Fridrix Merts Ukraynanın Avropa İttifaqına (Aİ) inteqrasiyası ilə bağlı yeni açıqlama verib.

"Ölkə.az" xəbər verir ki, onun sözlərini "RİA Novosti" yayıb.

Merts bildirib ki, Ukraynaya təklif olunan assosiativ üzvlük statusu Kiyevə Aİ Şurası və Nazirlər Şurasının iclaslarında iştirak etmək imkanı verəcək. Onun sözlərinə görə, Ukrayna tərəfi həmçinin səsvermə hüququ olmadan avrokomissar statusu əldə edəcək.

Almaniya kansleri vurğulayıb ki, Berlinin məqsədi Ukrayna üçün ədalətli və uzunmüddətli sülhün təmin olunmasıdır. Bununla yanaşı, bu prosesdə Almaniyanın təhlükəsizlik maraqlarının da nəzərə alınmalı olduğunu qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью