Mertsə istefa çağırışı edildi: “Starmer kimi et”

25.06.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Almaniya kansleri Fridrix Merts Böyük Britaniyanın Baş naziri Kir Starmer kimi istefa vermək barədə müxalifətin çağırışını rədd edib.
Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Müvafiq təklif Mertsə bundestaqdakı çıxışı zamanı sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının deputatı Leyf-Erik Holm tərəfindən ünvanlanıb.
Müxalifətçi deputat Mertsin vətəndaşlar arasındakı bəyənilmə reytinqinin rekord həddə – 16%-ə düşdüyünü qeyd edib. O, reytinqi 19%-ə düşdükdən sonra istefa verəcəyini elan edən Starmeri nümunə çəkib.
 

"Vətəndaşlar artıq sizə inanmırlar. Bu rəzalətə nəhayət son qoymağın vaxtı çatmayıbmı?" – deyə Holm Mertsə müraciət edib.


Mayın 17-də “Insa” sosiologiya institutu tərəfindən aparılan sorğu göstərib ki, Almaniya vətəndaşlarının 84%-i ölkədəki vəziyyətdən çox narahatdır.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью