Mertsi təhqir etdilər: Rədd ol buradan!

04.09.2026

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Almaniya kansleri Fridrix Merts regional parlament seçkiləri ərəfəsində Saksoniya-Anhalt sənaye parkında olub və burada etirazçıların sərt reaksiyasına məruz qalıb.

"Bakupost" Publika.az-a istinadla xəbər verir ki, kansler sənaye parkına səfəri zamanı regional Xristian Demokrat İttifaqının (CDU) nümayəndələri ilə qapalı görüş keçirib. Lakin tədbir yerinin yaxınlığında təxminən 150 nəfər toplaşıb. Onların arasında sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının tərəfdarları da olub.

Merts toplaşanlarla ünsiyyət qurmayıb, foto çəkdirmək üçün dayanmayıb. Kansler avtomobilinə minərək ərazini tərk edərkən kütlənin bir hissəsi “Rədd ol!” şüarı səsləndirib.

Bununla belə, hamı etirazçılara qoşulmayıb. Yerli sakinlərdən biri kanslerin bu cür qarşılanmasından utandığını bildirərək, hətta Mertslə birlikdə məmnuniyyətlə pivə içə biləcəyini deyib.

Son sorğulara görə, Saksoniya-Anhaltda AfD 41 faizlə liderdir. CDU-nun reytinqi isə 23 faiz təşkil edir. Merts səsverməyə qədər bölgəyə yenidən səfər etməyi planlaşdırmır.

Qeyd edək ki, son illərdə Almaniyanın şərq bölgələrində hökumət rəhbərləri etirazlarla qarşılanır. 2024-cü ildə keçmiş kansler Olaf Şolts da oxşar vəziyyətlə üzləşmişdi.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью