Mertz Pasxa bayramından əvvəl Almaniyanın yeni hökumətini qurmaq niyyətindədir

24.02.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Erkən seçkilərdə Almaniya Xristian Demokrat İttifaqı və Xristian Sosial Birlik blokundan Almaniya kansleri seçilən Fridrix Mertz Pasxa bayramından əvvəl (aprelin 20-də qeyd olunur) Almaniyanın yeni hökumətini qurmaq niyyətindədir.

APA xəbər verir ki, o bu haqda ARD televiziya kanalına müsahibəsində deyib.

"İndi Pasxa bayramına səkkiz həftədən az vaxtımız qalıb və düşünürəm ki, bu, Almaniyada hökumət qurmaq üçün kifayət qədər vaxtdır", - o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью