Meryem Üzerli: Ölüm düşüncəsi belə məni qorxudur

02.05.2025

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Məşhur aktrisa Meryem Üzerli açıqlaması ilə gündəmə gəlib. 

BAKU.WS xəbər verir ki, aktrisa "L'Officiel Türkiye" jurnalına müsahibəsində ölümdən çox qorxduğunu bildirib:

"Həyatın son nöqtəsi ölümdür. Son nöqtə artıq ölümlə üzləşməkdir. Bunu düşünmək belə məni çox qorxudur. Daxilimdə bir neçə fərqli mövzulara qapı açır".

Üzerli həmçinin müsahibəsində bir münasibətdə yaxşı partnyorun qısqanclığa zəmin yaratmadığını da qeyd edib:

"Qısqanclıqla əlaqəm yoxdur. Amma əgər bir münasibətim olsa, bu hiss zaman-zaman ortaya çıxa bilər. Lakin inanıram ki, düzgün partnyor bu cür hisslərin həqiqətən yaranmasına səbəb olmaz". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью