“Meryem Üzerlini tanımadım”

10.07.2026

Icma.az, Olay.az saytına istinadən bildirir.

Türkiyənin tanınmış teatr və səsləndirmə sənətçisi Nilgün Kasapbaşoğlu aktrisaların etdirdiyi estetik əməliyyatlarla bağlı fikirlərini bölüşüb.

OLAY yazır ki, Nilgün Kasapbaşoğlu nümunə kimi Meryem Uzerlini göstərərək “Hamı bir-birinə bənzəməyə başlayıb. Heç kimi bir-birindən ayırd etmək olmur. Məsələn, bir serialda bir xanımı gördüm. Adını da deyim, Meryem Üzerli. Çox gözəl qadındır, çox bəyəndiyim biridir. Sonra iki il əvvəl bir serialda rol aldı. Dedim ki, “Bu qadın Meryem Uzerliyə necə də oxşayır. Səsi də nə qədər bənzəyir”. Sonra serialın heyətinə baxdım. Aa, elə Meryem Uzerli imiş! Qadın özünü o qədər dəyişdirib ki... Gözəl qadındır, amma baxanda sifəti donuq görünür. Həmin serialı çəkdiyi vaxt nə qədər səmimi və isti auralı idi. İndi isə bir az soyuq təsir bağışlayır. Ümid edirəm inciməz. Yenə də gözəl qadındır” deyə bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью