Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniya kansleri və Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merz oktyabrın 31-də ölkənin müxtəlif şəhərlərində gənclərin iştirakı ilə keçirilən nümayişlər zamanı baş verən zorakılıq hallarına münasibət bildirib.
Turkustan.az xəbər verir ki, Alman Xəbər Agentliyinin məlumatına görə, Merz partiyasının rayon sədrləri ilə keçirilən qapalı görüşdə çıxış edib.
Həftəsonu Almaniyanın müxtəlif şəhərlərində təşkil olunan nümayişlərdə baş verən zorakılıq hadisələrinə toxunan kansler küçələrdə bu cür hallara dözməyəcəklərini vurğulayıb.
“Küçələrimizdə zorakılığa yer yoxdur. Hökumət buna dözməyəcək”, – deyə Merz bildirib.
Aytən Yaşar/Turkustan.az