Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniya kansleri Fridrix Merz Moskvanın 30 günlük atəşkəs təklifini rədd edəcəyi təqdirdə Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiq olunacağını açıqlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Merz Kiyevə səfəri zamanı “Bild” qəzetinin baş redaktor müavini Pol Ronzheimerə müsahibəsində deyib.
“Biz Amerika hökuməti, ABŞ prezidenti Donald Trampla razıyıq.
Biz 30 günlük atəşkəsə çağırırıq ki, bu müddət ərzində sülh danışıqları hazırlansın”, - deyə bildirib.
O, qeyd edib ki, indi “top Rusiyanın meydançasındadır”. Onun sözlərinə görə, Rusiya tərəfi “bu təklifə cavab verməlidir”.
“Əgər Moskva buna reaksiya verməsə və sülh danışıqlarından imtina edərsə, Aİ, Böyük Britaniya və ABŞ-ın reaksiyası yaxşı əlaqələndiriləcək.
O zaman sanksiyaların kütləvi şəkildə sərtləşdirilməsi baş verəcək və Ukrayna kütləvi şəkildə yardım almağa davam edəcək: siyasi, maliyyə, həmçinin hərbi”, - deyə Almaniya kansleri vurğulayıb.