Merz İsrailə səfər edəcək

28.11.2025

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Almaniya kansleri Fridrix Merz dekabrın 6-7-də İsrailə səfər edəcək və burada ölkənin Baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparacaq. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Şteffen Meyer Berlində jurnalistlərə bildirib.

O qeyd edib ki, Merzin Netanyahu ilə görüşü dekabrın 7-nə planlaşdırılıb.

"İkitərəfli münasibətlərlə yanaşı, Qəzzada atəşkəsin daha da sabitləşdirilməsi, eləcə də digər beynəlxalq məsələlər diqqət mərkəzində olacaq", - Meyer qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью