Merz: Köhnə dünya nizamı sona çatdı

17.11.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniya kansleri Fridrix Merz köhnə dünya nizamının sona çatdığına inanır. 

Bakıvaxtı.az xəbər verir ki, o bu fikri Berlində "Süddeutsche Zeitung" qəzetinin təşkil etdiyi iqtisadi konfransda bildirib.

“Biz hələ bir neçə ildən sonra formalaşacaq yeni dünya nizamının necə görünəcəyini bilmirik, lakin biz tam əminliklə bilirik ki, Qərbdə son 80 ildə, Şərqdə isə 35 ildir ki formalaşmış köhnə dünya nizamı sona çatır. Və əgər biz yeni dünya nizamını formalaşdırmaq istəyiriksə, bu, yalnız Avropalı qonşularımızla birlikdə mümkündür”, – Merz bəyan edib.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью