Merz: NATO Avropada sülhün təməl daşıdır

01.10.2026

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniya kansleri Fridrix Merz NATO-nun üç nəsildir Avro-Atlantik sülh nizamının təməl daşı olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Merz NATO-nun baş katibi Mark Rutte və Niderlandın Baş naziri Rob Jetten ilə birlikdə Almaniyanın Münster şəhərində yerləşən Almaniya-Niderland birgə hərbi hissəsini ziyarət edib.

Hərbi hissəni yoxladıqdan və əsgərlərlə görüşdükdən sonra Merz, Rutte və Jetten birgə mətbuat konfransı keçiriblər.

Merz NATO-nun bu gün Vestfal Sülh Mükafatına layiq görüləcəyini bildirib.

“NATO üç nəsildir Avro-Atlantik sülh nizamının təməl daşıdır. NATO azadlığımızı, təhlükəsizliyimizi və rifahımızı qoruyur, Avropada sülhə xidmət edir. Bu gün qitədəki sülh nizamımız Rusiyanın zorakı revizionizmi ilə ciddi sınaq qarşısındadır”, - deyə Merz bildirib.

Kansler həmçinin Almaniya hökumətinin ölkənin müdafiə qabiliyyətinə əhəmiyyətli investisiyalar yatırdığını vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью