Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Almaniya kansleri Fridrix Merz Bundestaqda çıxışı zamanı NATO-nun Ankarada keçirilən sammitinin nəticələrinin onun gözləntilərini üstələdiyini bəyan edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Bizimyol.info xəbər verir ki, o, sammitin hazırlanmasında göstərdiyi səylərə görə NATO-nun baş katibi Mark Rüttenə ayrıca təşəkkür edib.
“Mən deməliyəm ki, əldə olunan nəticə bütün gözləntilərimi aşdı”, — deyə Merz bildirib.
NATO sammiti iyulun 7-8-də Ankarada keçirilib. Yekun bəyannamə son ən azı 25 il ərzində görünməmiş dərəcədə qısa olub.
NATO ölkələri 2026-cı ildə Ukraynaya 70 milyard avro ayırmaq barədə razılığa gəlib, həmçinin 2027-ci ildə də onu eyni səviyyədə dəstəkləmək öhdəliyi götürdüklərini bildiriblər. Bununla yanaşı, Ukraynanın alyansa qəbul edilməsi ilə bağlı öhdəlik yekun sənəddə qeyd olunmayıb.
Bizimyol.info