Icma.az bildirir, GlobalInfo portalına istinadən.
Almaniya kansleri Fridix Merz Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Merz bəyan edib ki, Avropada sülhün qorunması onun hökumətinin əsas prinsipidir:
“Ukraynadakı münaqişəyə Kiyevin kapitulyasiyası olmadan da son qoymaq olar. Onların, o cümlədən avropalıların razılığı olmadan həqiqi, davamlı sülh üçün heç bir əsas olmayacaq. Rusiya isə münaqişəni dəqiqələr ərzində bitirə bilər”.
Siyasətçi həmçinin Kiyevi mümkün qədər dəstəkləyəcəyini və bu məqsədlə Rusiyanın dondurulmuş aktivlərindən istifadə edəcəyini bildirib:
“Putin başa düşməlidir ki, onun bu müharibədə Avropanın azadlıq və sülh nizamı bahasına qalib gəlmək şansı yoxdur”.
Əliyar Xəlil
Globalinfo.az